Azərbaycanda yeni qurum yaradılıb

Azərbaycanda yeni qurum yaradılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır.

A24.Az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov məlumat verib.

“AzTA ölkədə ekskursiya bələdçilərinə təlabatı nəzərə alıb, öz nəzdində Bakı Ekskursiya Bürosu yaradıb. Respublikada turizm üzrə Strateji Yol Xəritəsi təsdiq olunub. Həmin sənədə görə, Azərbaycan 2020-ci ildə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir”, – deyə o, qeyd edib.

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Azərbaycana daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurası həyata keçirilir.

“Ölkənin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir”, – deyə o, əlavə edib. //”Report” 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar