Azərbaycanda yeni yol istifadəyə verilib – FOTO

Azərbaycanda yeni yol istifadəyə verilib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib.

A24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb.

Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla, tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildirən lenti kəsib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar