A24 Xeber

Azərbaycanda yenilik: əkin sahələrində yeni boy maddələri sınaqdan keçirildi

Azərbaycanda yenilik: əkin sahələrində yeni boy maddələri sınaqdan keçirildi
597
12 Mart 2017 - 11:04

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələri uğurlu sahə sınaqlarından keçib.

“A24.az” bildirir ki, institutdan Trend-ə verilən məlumata görə, bu boy maddələri pambıq, qarğıdalı, noxud, taxıl və s. bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.

Boy maddələri eyni zamanda meyvə tinglərinin (nar, tut, alça, alma, üzüm, badam, zeytun və s.) yetişməsində də uğurla sınaqdan keçib.

Boy maddəsi ətraf mühit üçün ekoloji gərginlik yaratmır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00