A24 Xeber

Azərbaycandakı zəlzələ 3 qonşu ölkədə hiss olundu

Azərbaycandakı zəlzələ 3 qonşu ölkədə hiss olundu
51
06 İyun 2018 - 8:59

Rusiya Federasiyasının Dağıstan respublikasının sakinləri Azərbaycanda ötən gecə baş verən zəlzələni hiss ediblər.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-in nümayəndəsi bildirib.

“Saat 21:50-də (Bakı vaxtı ilə 22:50) episentrinin Azərbaycanda yerləşdiyi zəlzələ barədə məlumat daxil olub. Dağıstan ərazisində zəlzələ 3-4 bal gücündə hiss olunub”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda 6 bal gücündə baş verən zəlzələ Gürcüstan və Ermənistan ərazilərində də hiss olunub.

APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00