Azərbaycandan kimlər Adnan Oktarla bağlı konsulluğa şikayət etdi? - VİDEO

Azərbaycandan kimlər Adnan Oktarla bağlı konsulluğa şikayət etdi? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə mediasında yayımlanan xəbərlərdə 6 ölkənin Adnan Oktardan şikayətçi olduğu bildirilib.

“A24.az” xəbər verir ki, həmin ölkələr Azərbaycan, Almaniya, Qazaxıstan, Hollandiya, Qətər və Avstriyadır.

Adı çəkilən ölkələrdən 51 zərəçəkmiş baş konsulluqlara gedərək Adnan Oktardan şikayətçi olub.

Qeyd edək ki, “Adnan Oktar cinayət təşkilatı” adı altında başladılan əməliyyat Türkiyədə daha da genişləndirilib. Aralarında iş adamlarının olduğu 187 nəfər nəzarət altına alınıb.

Adnan Oktara məxsus villada axtarış zamanı isə gizli keçidin olduğu üzə çıxıb və əməliyyat başladılan gün onun həmin gizli keçiddən istifadə edərək qaçdığı ortaya çıxıb.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar