A24 Xeber

Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay general Kərim Vəliyev tərəfindən medalla təltif edilib.

“A24.az” xəbər verir ki, Şuay Alpay Gəncə şəhərində keçirilən Azərbaycan Respublikanın yaranmasının 100 illiyi münasibətilə “Xalq Cümhuriyyətinin Varisləriyik” devizi altında silsilə tədbirlərdə iştirak edib.

Daha sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Şuay Alpayın Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında səmərəli xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olunması barədə əmri oxunub. Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev medalı əziz qonağa təqdim edib.

“A24.az” türk mediasında yayımlnana videogörüntüləri təqdim edir:

A24.az / MTM

Türkiyə Milli Müdafiə nazirinin müavini Şuay Alpay general Kərim Vəliyev tərəfindən medalla təltif edilib. “A24.az” xəbər verir ki, Şuay Alpay Gəncə şəhərində keçirilən Azərbaycan Respublikanın yaranmasının 100 illiyi münasibətilə “Xalq Cümhuriyyətinin Varisləriyik” devizi altında silsilə tədbirlərdə iştirak edib. Daha sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Şuay Alpayın Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında səmərəli xidmətlərinə görə […]

Azərbaycandan Türkiyəyə medal – Cümhuriyyətin 100 illiyi münasibətiylə… – VİDEO

117