Azərbaycanın 4 güləşçisi Türkiyədə finala vəsiqə qazandı

Azərbaycanın 4 güləşçisi Türkiyədə finala vəsiqə qazandı
Want create site? Find Free WordPress Themes and plugins.

 Azərbaycanın 4 güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirdə finala vəsiqə qazanıblar.

A24.Az xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər. Onlar həlledici görüşdə müvafiq olaraq, Mehran Nasiriafraçali (İran), David Teylor (ABŞ) və Mojtaba Goleijlə (İran) üz-üzə gələcəklər.

Qadın güləşçilərin mübarizəsində İrina Netreba (65 kq) finala çıxıb. Onun rəqibi İlona Prokopevniuk (Ukrayna) olacaq. Azərbaycanın daha bir qadın güləşçisi Elis Manolova (65 kq) bürünc medal uğrunda Mariya İlçişinlə (Ukrayna) qarşılaşacaq.

Bu gün keçiriləcək final görüşləri Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar