Azərbaycanın ağırlıqqaldıranı Avropa çempionu oldu

Azərbaycanın ağırlıqqaldıranı Avropa çempionu oldu
Want create site? Find Free WordPress Themes and plugins.

 İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında ilk yarış gününə yekun vurulub. 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından A24.Az-a verilən məlumata görə, ilk gündə Azərbaycan millisinin dörd üzvü körpücük üzərinə çıxıb. Yaşı 15-ə qədər olan qızlardan Günel Muxtarlı 44 kq çəki dərəcəsində toplam 97 kq (42+55) nəticə ilə 6-cı, Selcan Qarayeva isə 48 kq çəki dərəcəsində toplam 116 kq (50+66) nəticə ilə 7-ci yeri tutub.

Elvin Şükürzadə yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atlet birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb. Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. Bununla o, bu hərəkətdə 6-cı olub. Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub.

Son olaraq yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində Ömər Cavadov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla o, bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb. Cavadov təkanla qaldırma hərəkətində də də medal götürüb. O, 102 kq-ı ram edərək Avropa ikincisi olub.

Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.

Qeyd edək ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Avropa birinciliyinə iyulun 29-u yekun vurulacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar