A24 Xeber

Azərbaycanın bu universitetlərində tələbələrin təqaüdləri aylardır verilmir – AÇIQLAMA, ÖZƏL

Azərbaycanın bu universitetlərində tələbələrin təqaüdləri aylardır verilmir – AÇIQLAMA, ÖZƏL
1. 380
02 Mart 2017 - 17:26

“Artıq mart ayıdır, amma tələbələrə yanvar və fevral aylarının təqaüdləri hələ də verilməyib”

Bunu A24.Az-a açıqlamalarında Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri 2 aydan çoxdur təqaüdlərin verilməməsi ilə bağlı şikayətlərini bildirərkən deyiblər.

Azərbaycan Dillər Universiteti

Azərbaycan Dillər Universiteti

Tələbələrin sözlərinə görə, onlara yalnız sentyabrdan dekabr ayına qədərə olan təüqdləri verilib:

“Dekabra qədər olan təqaüdlərimizi verdilər. Sonra, yanvar ayında imtahanlar və tətil oldu. Yanvar və fevral aylarının “stipendiya”ları hələ də verilmiyib. Artıq mart ayıdır. Hələ cədvəl də tərtib edilməyib. İmtahandan çıxandan sonra kimin zərbəçiyə, kimin əlaçıya düşməyi ilə bağlı (qiymətlərə görə) cədvəldə yazılır. Misal üçün hər hansı bir fakültədə 24 tələbə varsa, onların 6-sı təqaüdə düşür. Yəni cədvəldə belə 6 yer qoyulur. Amma hələ o cədvəl də yoxdu. Deyirlər bu yaxınlarda çıxacaq, amma hələ o da yoxdur”.

Tələbələr bildirirlər ki, təqaüləri beynəlxalq bankın kartı ilə alırlar:

“Kartların dəyişdirilməsi ilə bağlı heç bir dəyişiklik yoxdur. Ümumiyyətlə, universitetdə bir az çox dəyişiklik oldu, dekanların dəyişdirilməsi və s. Bir az o cəhətdən qarışıqlıqdır”.

Təqaüdlərin verilməməsi ilə bağlı ADU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. Universitetdən təqaüdlərin verilməməsini məsələni təsdiqləyib bildirildi ki, məsələ yaxın günlərdə öz həllini tapacaq.

Anoloji vəziyyətlə bağlı digər universitetlərlə də əlaqə saxladıq.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) müsahibatlıq şöbəsindən A24.Az-a verilən məlumata görə, təqaüdlərin verilməsinin səbəbi maliyyə problemidir:

“Büdcədən pul ayrılsın ki, biz də tələbələrin təqaüdlərini verək”

Azərbaycan Texniki Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Texniki Universitetindən (ATU) verilən məlumata görə, yanvar ayının təqaüdü artıq verilib:

“Təqaüdlərin verilməsində heç bir problem yoxdur. Yanvar ayının təqaüdü verilib. Fevral ayının təqaüdü də bu ayın ilk 10 günlüyü içərisində veriləcək”.

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) sorğumuza cavab olaraq bildirdi ki, UNEC-də yanvar ayının tələbə təqaüdləri fevralın 2-də ödənilib:

“Fevralın təqaüdləri isə yaxın günlərdə ödəniləcək”.

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, bununla bağlı mühasibatlıqla əlaqə saxlamalı olduğumuzu bildirdilər. Ali təhsil müəssisəsinin mühasibatlığından isə telefon zənglərimizə cavab verən olmadı.

Universitet tələbələrinin verdikləri məlumata görə, yanvar ayının təqaüdünü fevralın 27-də alıblar:

“Təqaüdlərin gecikdirilməsi bizim universitetdə də var idi. Ancaq fevralın sonunda yanvar ayının təqaüdünü ala bildik. Təqaüdlərin verilməsində yaranan problem yəqin ki, kartların dəyişdirilməsi ilə bağlıdır. Əvvəl Beylənxalq Bankın kartından istifadə edirdik, indi Kapital Bankın kartlarına keçirik”, – deyə tələbələr əlavə ediblər.

Təhsil Nazirliyi

Təhsil Nazirliyi

A24.Az problemli məsələni aydınlaşdırmaq üçün Təhsil Nazirliyinə sorğu göndərib. Məsələni diqqətdə saxlayacağıq…

Orxan Aslanlı, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00