A24 Xeber

Azərbaycanın da üzv olduğu birlikdə “Azad zona” yaradılır

Azərbaycanın da üzv olduğu birlikdə “Azad zona” yaradılır
621
27 Mart 2017 - 14:44

GUAM-a üzv olan ölkələrin (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) hökumət rəhbərləri Azad ticarət üzrə tərəflərin hərəkətlərini koordinasiya edən işçi qrupunun yaradılması ilə bağlı protokol imzalayıblar. Həmçinin, GUAM ölkələrinin dövlət sərhədindən keçiriləcək müəyyən növ məhsul və nəqliyyat vasitələrinə gömrük prosedurlarının tanınması haqqında protokol da imzalanıb.
A24.Az xəbər verir ki, müvafiq protokollar Kiyevdə keçirilən GUAM sammitində təsdiqlənib..

Ukraynanın baş naziri Vladimir Qroysmanın sözlərinə görə, təşkilata üzv olan ölkələr arasında azad iqtisadi zonanın yaradılması istiqamətində aparılan işlər gömrük prosedurlarının sadələşdirilməsini tələb edir: “Biz bu gün gömrük orqanları arasında əməkdaşlığımızı dərinləşdirəcək sənədi imzaladıq. Təbii ki, biz azad ticarət zonasından danışarkən gömrük orqanlarının keyfiyyətli işinin qurulmasını qeyd etməliyik”.

V.Qroysman əlavə edib ki, GUAM ölkələri arasında azad ticarət zonası 2017-ci ildə fəaliyyətə başlaya bilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00