Azərbaycanın daha bir incəsənət xadimi dünyasını dəyişdi - FOTO

Azərbaycanın daha bir incəsənət xadimi dünyasını dəyişdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Orxan Dadaşov məlumat verib.

O, 1952-ci ildə Ağdam şəhərində anadan olub, 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini,1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 1975-ci ildə C.Cabbarlı adına Azərbaycan Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Televiziya və radio jurnalistikası” kafedarsında çalışıb. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professorudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin “Kinoşünaslıq” kafedrasının rəhbəri idi.

Allah rəhmət eləsin!

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar