Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti vəfat etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın əməkdar artisti, əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib. 

“A24.az” “Report”a istinadən xəbər verir ki, Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində anadan olub.

Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır.

Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın qızıl medalı ilə təltif olunub.

Həsənağa Sadıqov ABŞ, Norveç, Vyetnam, Almaniya, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar