A24 Xeber

Azərbaycanın Ermənistan PUA-larını məhv edəcək “Drone Killer”ləri – VİDEO VƏ FOTOLARLA

Azərbaycanın Ermənistan PUA-larını məhv edəcək “Drone Killer”ləri – VİDEO VƏ FOTOLARLA
1. 863
14 Mart 2017 - 12:50

Azərbaycan Türkiyənin “Harp Arge” şirkətindən pilotsuz uçuş aparatlarının (PUA) neytrallaşdırılması üçün nəzərdə tutuluan “Drone Killer” silah sistemi alıb.

Həmçinin bax: http://a24.az/turkiye-azerbaycana-drone-killer-satib-foto/

A24.Az xəbər verir ki, “Drone Killer” (PUA qatili) silah sistemi türk mühəndisləri tərəfindən daha da təkmilləşdirilib:

“Dronlar son vaxtlar əlçatan olduğundan və az maliyyə tələb etdiyindən daha çox istifadə edilməyə başlanılıb. Dronlar bir çox sahələrdə müxtəlif məqsədlər üçün istifadə edilir – hərbi, ticarət, hobbi və terror. Strukturu kiçik bir sahəni əhatə edən bu sistem, silah və texnika ilə vurulması ən çətin hədəflərə belə irəliləyə bilir.

“Drone Killer” dron ilə onu idarə edən qərargah arasında yüksək sürətdə elektron hərb texnologiyası tətbiq edir. “Drone Killer” elektromaqnit hücumları ilə dronların komanda qərargahı ilə əlaqəsini kəsərək onları təsirsiz hala gətirir.

PKK/ PYD və İŞİD kimi terror təşkilatları həyata keçirdikləri terror fəaliyyətlərində dronlardan çox sıx istifadə edirlər. “Drone Killer” tipli silahları dünyada bir neçə ölkə istehsal edir ki, artıq Türkiyə də bu dövlətlər arasında öz yerini tutdu”.

PUA-ları təsirsiz hala gətirən “Drone Killer”in sınaq təliminə aşağıdakı videoda baxa bilərsiniz:

Türkiyənin “Harp Arge” şirkətinin istehsal etdiyi “Drone Killer” silah sisteminin fotoları:

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00