A24 Xeber

Azərbaycanın futbol üzrə U-20 yığması Makedoniyaya uduzub

Azərbaycanın futbol üzrə U-20 yığması Makedoniyaya uduzub
26
27 May 2018 - 23:49

 Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində son yoldaşlıq görüşünü keçirib.

A24.Az “Report”a istinadən xəbər verir ki, rəqib yenə Makedoniyanın eyni yaş qrupundan olan yığması olub.

“Dalğa Arena”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 25-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Anton Krivotsyuk öz qapısına vurub. Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq üçün real qol imkanını isə 80-ci dəqiqədə Fərid Nəbiyev penaltidən boşa verib. Onun zərbəsini rəqib qapıçı dəf edib.

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakıdakı toplanışı qələbəsiz başa vurub. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə edib – 1:1.

Yoldaşlıq görüşü

19:00. Azərbaycan (U-20) – Makedoniya (U-20) – 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Penaltini dəqiq yerinə yetirə bilməyib: Fərid Nəbiyev, 80 (qapıçı)

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, İnqilab Məmmədov

“Dalğa Arena”.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00