Azərbaycanın gözəllik müsabiqəsinin qalibi azadlığa buraxıldı - VİDEO

Azərbaycanın gözəllik müsabiqəsinin qalibi azadlığa buraxıldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Həbsdən azadlığa çıxmaq elə hissdir ki, bunu sözlərlə ifadə etmək çətindi. Hələ də şokdayam və azadlıqda olduğuma inanmıram”.

A24.Az xəbər verir ki, bunları prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərancamı ilə azadlığa buraxılan Azərbaycanın gözəllik müsabiqəsinin keçmiş qalibi, model Qalina Babayeva deyib.

O qeyd edib ki, ev oğurluğu hadisəsinə görə məhkum olunub və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi: “Cəzamın bitməsinə 3 il 7 ay qalmışdı. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adımın olduğunu eşidəndə çox sevindim. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Bu Novruz bayramı bizim ailə üçün ikiqat bayram oldu”.

Qeyd edək ki, Q.Babayeva 2002-ci ildə Türkiyədə keçirilən “Miss Şarm Azərbaycan-2002″nin qalibi seçilib. O, müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. / report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar