A24 Xeber

Azərbaycanın güləşçiləri Hollandiyada medal qazandı

Azərbaycanın güləşçiləri Hollandiyada medal qazandı
24
04 Aprel 2018 - 23:11

Azərbaycanın iki güləşçisi Hollandiyanın Utrext şəhərində uşaq və yeniyetmələr arasında təşkil edilən turnirdə medal qazanıb.

Yunan-Roma güləşi üzrə 35 kq çəki dərəcəsində mübarizə aparan Elxan Bayramov yalnız finalda məğlub olub və ikinci yeri tutub. Onun bacısı Mədinə Bayramova da (20 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, hər iki idmançı Almaniyanın Koblents şəhərində yaşayır. Onların atası Eldar Bayramov “ASV Karthause” güləş klubunda məşqçilik etməklə yanaşı, həm də yarışlarda hakim qismində fəaliyyət göstərir. //Report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00