Azərbaycanın hərbi məhsulları Fransada nümayiş etdirilir

Azərbaycanın hərbi məhsulları Fransada nümayiş etdirilir
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 270 adda məmulat nümayiş etdirir. “EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Sərginin ilk günü nazir Yavər Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Fransanın qabaqcıl şirkətlərindən olan “THALES” və “NEXTER”in nümayəndə heyətləri ilə görüşləri olub.

Görüşlərdə ikitərəfli əməkdaşlığa dair danışıqlar aparılıb. Eyni zamanda, Yavər Camalov Almaniyanın “RHEINMETALL” şirkətinin nümayəndə heyəti ilə də görüşüb. Görüşün sonunda Müdafiə Sənayesi Nazirliyi ilə ”RHEINMETALL” şirkəti arasında ikitərəfli əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Görüşlərdə nazir Yavər Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı geniş müzakirələr də aparıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar