Azərbaycanlı futbolçular xəstəxanaya yerləşdirildi

Azərbaycanlı futbolçular xəstəxanaya yerləşdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Tovuzda fəaliyyət göstərən «Turan» futbol klubunun oyunçusu zəhərlənib.

“A24.az” APA-ya istinadən xəbər verir ki, klubun futbolçusu Bakı sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edərək, zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M.Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib.

Klubun başqa bir futbolçusu, rayonun Əlimərdanlı kənd sakini 1996-cı il təvəllüdlü Tağıyev Eltay səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar