Azərbaycanın işğal altındakı muzeyləri araşdırılacaq

Azərbaycanın işğal altındakı muzeyləri araşdırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara bilər.

“A24.az” bildirir ki, bu barədə ICOM-un prezidenti Suay Aksoy APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğal altındakı muzeylərinin hazırkı durumunu görməzdən gələ bilməz: “ICOM beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır və dünyadakı bütün muzeyləri əhatə edir. Azərbaycan tərəfdən işğal altındakı ərazilərdəki muzeylərlə bağlı müraciət daxil olarsa, ICOM bu istiqamətdə iş apara bilər”.

Qeyd edək ki, 1946-cı ildə yaradılmış ICOM-un 137 ölkədən 37 mindən çox üzvü, Azərbaycan və Ermənistan da daxil olmaqla 115 milli və 30 beynəlxalq komitəsi var.

Azərbaycanın işğal altında olan ərazilərində 13 dünya və 292 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə yanaşı 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar