Azərbaycanın məşhur istirahət mərkəzində erməni mahnısı səsləndirildi – VİDEO

Azərbaycanın məşhur istirahət mərkəzində erməni mahnısı səsləndirildi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Novxanı qəsəbəsində yerləşən “Ləman” Ailəvi İstirahət Mərkəzində erməni mahnısı səsləndirilib.

“A24.az” bildirir ki, bu barədə “Bizimyol.info”ya həmin restoranın müştərisi məlumat verib.

O bildirib ki, Rusiyadan gələn turistlər erməni mahnısını sifariş verib oynayıblar: “Mən “Ləman” Ailəvi İstirahət Mərkəzinin əməkdaşlarına səslənən mahnının erməni mahnısı olduğunu bildirdim. Etirazıma baxmayaraq mahnı sona qədər səsləndirildi”.

Məsələ ilə bağlı “Ləman” Ailəvi İstirahət Mərkəzinin meneceri Könül Quliyeva bildirib ki, səsləndirilən mahnı müştərinin sifarişi olub: “Restoran əməkdaşları mahnının erməni mahnısı olduğunu bilməyiblər. Əməkdaşlara məsələ agah olandan sonra dərhal mahnının səsləndirilməsi dayandırılıb. Yalnışlığa görə üzr istəyirik və bu bir daha təkrar olunmayacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar