Azərbaycanın MHŞT-dəki üzvlüyü dayandırılıb - RƏSMİ

Azərbaycanın MHŞT-dəki üzvlüyü dayandırılıb – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Mətbuatda martın 9-da Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EITI – The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlər yer alıb.

A24.Az-ın məlumatına görə, yayılan informasiyalarda bildirilir ki, üzvlüyün dayandırılmasına səbəb Azərbaycanın qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirə bilməməsi ilə əlaqədar. Məlumatda həmçinin qeyd olunub ki, Ermənistan EITI-yə üzv (MHŞT-nin 52-ci üzv dövləti) qəbul edilib.

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki fəaliyyətinin dayandırılması ilə bağlı yayılan informasiyalar doğrudurmu? Əgər bu xəbərlər həqiqəti əks etdirirsə, Azərbaycanın MHŞT-dəki fəaliyyəti dayandırılarsa, bunun mənfi tərəfləri nədən ibarət olacaq?

Dövlət Neft Fondundan A24.Az-a verilən məlumata görə, 2017-ci ilin 8-9 mart tarixlərində Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib:

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib. İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib. Bununla əlaqədar olaraq, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bəyanatla çıxış edib.

Bəyanatın tam mətni:

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində bir çox ilklərə imza atan ölkədir. Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub.

İlk gündən etibarən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl etmiş və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atmışdır. Ölkəmiz təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olmuşdur. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2007-ci ildə MHŞT-nin uğurlu tətbiqi nəticəsində “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülüb.

MHŞT prosesinə güclü təkan vermək və beynəlxalq səviyyədə Təşəbbüsü dəstəkləmək məqsədilə Azərbaycan hökuməti 2008-ci il sentyabrın 11-də MHŞT-ni dəstəkləyən Qətnaməni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMT BA) irəli sürmüş və bu Qətnamə 2008-ci il sentyabrın 11-də yekdilliklə qəbul edilib.

Astanadakı son toplantı zamanı MHŞT üzrə beynəlxalq İdarə Heyəti 2015-ci ildə keçirilmiş Qiymətləndirmə ilə müqayisədə Azərbaycanın 2016-cı il üzrə MHŞT Standartının tətbiqi istiqamətində və bir neçə fərdi tələbin yerinə yetirilməsi sahəsində qənaətbəxş irəliləyişlər əldə etdiyi qənaətinə gəlmişdir. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən Azərbaycanın namizəd ölkə statusu saxlanılmışdır. Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər planını təqdim edib.

Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olmuşdur. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşmışdır. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər.

2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcəkdir. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm. Gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Facebook” sosial şəbəkəsində ölkənin EİTİ üzrə beynəlxaq qurumdan çıxarıldıqdan sonra bu prosesin hansı qayələrindən məhrum olunduğunu qeyd edib:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

2003-cü ilin iyununda keçirilmiş Lankaster Hauz Konfransında qəbul edilmiş MHŞT prinsipləri təşəbbüsün əsas qayəsini təşkil edir. Bu prinsiplər göstərir ki, ölkənin təbii sərvətlərindən onun bütün vətəndaşları faydalanmalıdır. Prinsiplər aşağıdakılardır:

  1. Biz hеsаb еdirik ki, təbii еhtiyаtlаrdаn əldə еdilən mаddi sərvətlərdən səmərəli istifаdə еtmə davamlı inkişаfа və yохsulluğun аzаldılmаsınа kömək еdən sаbit iqtisаdi inkişаfın vаcib hərəkətvеrici qüvvəsi оlmаlıdır. Lакin düzgün idаrəеtmə оlmаdıqdа bu mənfi iqtisаdi və sоsiаl təsirlərə səbəb оlа bilər.
  2. Biz təsdiq еdirik ki, təbii еhtiyаtlаrdаn əldə еdilən mаddi sərvətlərin ölкə vətəndаşlаrının rifаhı üçün idаrə оlunmаsı müstəqil hökumətlərin səlаhiyyətindədir və bu onların milli inкişаf maraqlarına uyğun şəkildə həyata keçirilməlidir.
  3. Biz еtirаf еdirik ki, təbii еhtiyаtlаrın hаsilаtındаn əldə еdilən mənfəət bir çох illər ərzində gəlir ахını kimi mеydаnа çıхır və о qiymətlərdən çох аsılı оlа bilər.
  4. Biz еtirаf еdirik ki, hökumətin gəlir və хərclərinin ictimаiyyət tərəfindən dərk еdilməsi zamanla ictimai müzаkirələrin keçirilməsinə və dаyаnıqlı inкişаf üçün müvafiq və rеаl vаriаntlаrın seçilməsinə köməklik еdə bilər.
  5. Biz hasilat sənayesi sahəsində hökumətlər və şirkətlər tərəfindən şəffаflığın təmin olunmasının vacibliyini, еləcə də dövlət vəsaitlərinin idаrə оlunmаsı və hеsаbаtlılığın gеnişləndirilməsinin zəruriliyini qeyd edirik.
  1. Biz еtirаf еdirik ki, dаhа çох şəffаflığа nаil оlmа müqavilələrə və qаnunlаrа hörmətlə yаnаşmа kоntеkstində müəyyənləşdirilməlidir.
  2. Biz etiraf edirik ki, maliyyə sahəsində şəffaflıq dахili və хаrici invеstisiyаlаr üçün əlvеrişli şərаit yаrаda bilər.
  3. Biz hökumətin bütün vətəndаşlаr qаrşısındа gəlir ахınlаrının və dövlət хərclərinin idаrə оlunmаsı üçün hеsаbаtlılıq prinsip və prаktikаsınа inаnırıq.
  4. Biz ictimаi həyаtdа, hökumətin fəаliyyətində və biznеsdə yüksək şəffаflıq və hеsаbаtlılıq stаndаrtlаrının inkişаfınа tərəfdаrıq.
  5. Biz hеsаb еdirik ki, ödənişlərin və gəlirlərin açıqlanmasının təmin və tətbiq edilməsinə sadə olan gеniş, ardıcıl və real yanaşma zəruridir.
  6. Biz hеsаb еdirik ki, kоnkrеt ölkədə ödənişlər hаqqındа məlumatların açıqlanması bu ölkədə hasilat sənаyеsində fəaliyyət göstərən bütün şirkətlərə аid edilməlidir.
  7. Biz inanırıq ki, qərаr qəbul еtməyə hökumətlər və hökumət idаrələri, mədən sənаyеsində fəaliyyət göstərən şirkətlər, iхtisаslаşdırılmış хidmət şirkətləri, çохtərəfli təşkilаtlаr, mаliyyə təşkilаtlаrı, sərmayəçilər və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа bütün mаrаqlı tərəflər öz əhəmiyyətli töhfəsini vеrə bilər.

Qeyd edək ki, dünən Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki fəaliyyətinin dayandırılması xəbərinə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Facebook” sosial şəbəkəsində bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

“Hörmətli Dostlar! Boqotodan verilən son məlumata görə, Azərbaycanın MHŞT-də üzvlüyünün dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hal-hazırda qərar üzərində iş gedir”.​

Xatırladaq ki, 2003-cü ildə MHŞT prosesinə qoşulan Azərbaycan 2014-cü ildə üzvlükdən çıxarılıb. Qurum 2016-ci ildə isə Azərbaycanın “namizəd ölkə” statusunu saxlayıb. 2017-ci ildə isə  MHŞT-dəki üzvlüyü dayandırılıb.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar