A24 Xeber

Türkiyənin “Gel Konuşalım” verilişində aparıcılar arasında yaşanan dialoq diqqət çəkib.

“A24.az” bildirir ki, verilişdə Yeni İldə hansı müğənninin harda kosnertlə çıxış edəcəyi müzakirə edilib.

Yeni İldə Azərbaycanda olacaq Hadisənin təşkil olunacaq konsert proqramından 1 milyon lirə pul qazanacağı deyilib. Aparıcı isə “Azərbaycanda pul var. Orda belə şeylərə pul verən xüsusi insanlar var. Azərbaycanda bəzi iş adamları var, məsələn, keçən il bizim ifaçılardan birinə 1 milyonluq saat hədiyyə etmişdi”.

Lakin söhbətin maraqlı tərəfi, aparıcıların da Azərbaycana gəlib pul qazanmaq istəmələridir. İşlətdikləri ifadələr isə düşündürücüdür:

“Yalandan 1-2 mahnı ifa edib, yazdırsan və iki dəfə ora gedib gəlsən illik maliyyə xərclərini ödəmiş olacaqsan. Gəl səninlə aparıcılıq edək. Sən moderatorluq et, mən də arada bir yalandan səninlə danışaram, əsas odur orda olarıq”.

“A24.az” verilişdə yaşanan dialoqu ərtaflı şəkildə videoda təqdim edir:

Firuzə Alimova / MTM

Türkiyənin “Gel Konuşalım” verilişində aparıcılar arasında yaşanan dialoq diqqət çəkib. “A24.az” bildirir ki, verilişdə Yeni İldə hansı müğənninin harda kosnertlə çıxış edəcəyi müzakirə edilib. Yeni İldə Azərbaycanda olacaq Hadisənin təşkil olunacaq konsert proqramından 1 milyon lirə pul qazanacağı deyilib. Aparıcı isə “Azərbaycanda pul var. Orda belə şeylərə pul verən xüsusi insanlar var. Azərbaycanda bəzi iş […]

Azərbaycanın pulunu yemək istəyən İKİ TÜRK APARICININ DİALOQU… – VİDEO

295