Azərbaycanın qadın hərbçiləri – Arasında tankçı, snayper, dənizçi və pilotlar var – VİDEO

Azərbaycanın qadın hərbçiləri – Arasında tankçı, snayper, dənizçi və pilotlar var – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsi sistemində hərbi qulluqçu kimi xidmət edən qadınlardan bəhs edən videorolik yayımlayıb.

“A24.az” “AzeriDefence”ə istinadən xəbər verir ki, videorolikdə ilk dəfədir DSX sistemində xidmət edən qadınlar barədə geniş məlumat əksini tapıb.

İndiyədək çoxlarımız qadın hərbi qulluqçuları DSX-də mərkəzi aparatı, dövlət sərhədin nəzarət buraxılış məntəqələrində, tibb məntəqələrində və qərargahlarda xidmət edən görmüşük.

Videodan göründüyü qədər DSX qadın hərbi qulluqçuları qərargahlarla yanaşı bilavasitə döyüş tapşırıqlarında iştirak edəcək sahələrdə xüsusi təyinatlı bölmələrdə atıcı, snayper, tankçı, zirehli texnika heyəti, Sahil Mühafizəsi gəmilərində müxtəlif vəzifələrdə, aviasiya dəstəsinin helikopterlərində pilot və digər sahələrdə də xidmət edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar