Azərbaycanın şimal bölgəsində vərəmə yoluxanların sayı artır

Azərbaycanın şimal bölgəsində vərəmə yoluxanların sayı artır
Want create site? Find Free WordPress Themes and plugins.

“Keçən il üçün Azərbaycanda vərəmə ilkin yoluxan xəstələrin sayı 3500-ə qədər olub”.
A24.Az xəbər verir ki, bunu Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.
Onun sözlərinə görə, vərəmə ilkin yoluxan xəstələr arasında uşaqlar 3-4 faiz təşkil edib: “Ölüm hallarına gəlincə, hər 100 min əhaliyə 3,8 nəfər təşkil edib. Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Uşaqlar arasında vərəmlə bağlı xəstələnmənin sayı azalıb. Eyni zamanda, vərəmdən ölüm halı da azalır. Vərəm aktiv insanların xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Azərbaycanın statistikasına görə, 25 yaşından 44 yaşına qədər insanlar ən çox vərəmlə xəstələnir. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir”.
İ.Axundova bildirib ki, ölkədə vərəmlə bağlı qeydiyyatda olan xəstələrin sayı il ərzində 8500-9000 arasında dəyişir: “Hazırda 918 xəstə müalicəni davam etdirir. Müalicə effektliyi 69 faizdir”.
Mütəxəssis son illər vərəmə yoluxan insanların yaş həddinin artdığını da söyləyib: “Vərəmlə bağlı xəstəlikdə cavanlaşma yox, yaşlaşma tendensiyası nəzərə çarpır. Şəkərli diabet, mədə və on iki barmaq bağırsağın xorası, bronxial astma və hormonla müalicə olunmalı xəstəlik buna təsir göstərir. Yəni hansı xəstəliklər ki, immuniteti zəiflədir, bu da orqanizmin vərəmə yoluxma riskini artırmış olur”.
Direktor müavini vurğulayıb ki, son illər şimal bölgəsində vərəmlə daha çox xəstələnmə müşahidə olunur: “Bunu da sərhədə yaxın olmaqla əlaqələndiririk. Vərəmin yaranmasına vərəm mikobakteriyası səbəb olur. Vərəm infeksion xəstəlik olduğundan yalnız xəstə insandan hava damcı yolu ilə sağlam insana ötürülərək yoluxma əmələ gətirir, bundan sonra xəstəlik yaradır. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 olub. ÜST-nın qoyduğu həddə çatırıq, hansı ki, bu rəqəm 85 faiz təşkil edir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar