Azərbaycanın Şimali Koreyadakı səfiri fəaliyyətə başladı

Azərbaycanın Şimali Koreyadakı səfiri fəaliyyətə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı etimadnaməsini Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib.

Bu barədə A24.Az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Etimadnamənin təqdim edilməsi mərasimindən sonra səfir Əkrəm Zeynallı Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə KXDR arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsi, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində əməkdaşlıq, Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanın Qoşulmama Hərəkatının məqsəd və məramlarını təşviq etməsi təqdir olunaraq, KXDR-in müvafiq səviyyədə Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçiriləcək XVIII zirvə toplantısında təmsil olunacağı qeyd olunub.

Həmin gün səfir Əkrəm Zeynallı KXDR xarici işlər naziri Ri Yon Ho ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Nazir Ri Yon Ho Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin bu ilin aprelində Bakıda keçirilmiş toplantısı ilə əlaqədar Azərbaycana səfər etdiyini xatırlayaraq, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Ə.Zeynallı Azərbaycanın inkişafı, ölkənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, regiondakı vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həll edilməsi istiqamətində Azərbaycanın beynəlxalq ictimaiyyətlə birgə atdığı addımlar barədə məlumat verib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar