A24 Xeber

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMA

Azərbaycanın siyasətçi xanımları – ARAŞDIRMA
1. 459
07 Mart 2017 - 13:04

Azərbaycan qadının ilk siyasətçilik fəaliyyəti Sara Xatunla başlanıb. Şərqin ilk diplomat xanımı olan bu əsrarəngiz qadın Azərbaycan tarixinə Uzun Həsən, Şah İsmayıl Xətai kimi şəxsiyyətlər bəxş edib. Bu gün də ölkəmizin rəsmi dairələrində çalışan qadınları sayı günü-gündən artır. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verilməsi bütün bu faktlardan sonra heç də təsadüfi olmayıb.

Bir neçə gün əvvəl Polşa parlamentində çıxış edən millət vəkili Janusz Korvin-Mikke çıxışında bildirib ki, qadınlar az qazanmalıdırlar, çünki onlar daha zəif və az düşüncəyə malikdir.

A24.Az olaraq qadın şəxsiyyətini tək “ana olmaqla”la özləşdirən şəxslərin əksinə olaraq, bu gün sizə müasir Azərbaycan dövlətinə xidmət edən xanımlarımızı təqdim edirik:

Mehriban Arif qızı Əliyeva

O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev fondunun rəhbəridir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23 106 səs), 94,49% (31 797 səs) və 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Bahar Əvəz qızı Muradova

2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 1995–2009-cu illərdə YAP-ın Qadınlar Şurası sədrinin müavini, 1999–2005-ci illərdə YAP-ın icra katibinin müavini olub. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Axundova Elmira Hüseyn qızı

Əmək və sosial siyasət komitəsinin üzvüdür. 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.

Xanlarova Zeynəb Yəhya qızı

Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Paşayeva Qənirə Ələsgər qızı

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatıdır. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvüdür.

 İradə Akif qızı Gülməmmədova

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Abşeron rayonunun icra başçısının birinci müavini İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.

 Cabbarlı Sitarə Fərman qızı

2015-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə  ikinci təhsil alır. 2014-cü ilin sentyabr ayından etibarən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. 2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərində Binəqədi bələdiyyəsinə üzv seçilib, 26 yanvar 2015-ci il tarixində Binəqədi bələdiyyəsinin ümumi iclasının qərarı ilə bələdiyyə sədri seçilib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Qadınlar Şurasının İdarə heyətinin üzvüdür.

 Əliyev Jalə Fazil qızı

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavinidir. Azərbaycan Milli Məclisində deputat vəzifəsində çalışır.

 Lalə Şövkət Hacıyeva

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən Heydər Əliyev tərəfindən Bakıya dəvət olunub və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib. Azərbaycanın ictimai-siyasi xadimidir. Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilib və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. 1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilib.

Naxçıvanlı Aqiyə Həbib qızı

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. 2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib. Siyasi elmlər doktorudur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00