Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTOLAR

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın tanınmış musiqiçisi, ictimai xadimi, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin “Alinəsəb” Xəstəxanasında vəfat edib.

A24.Az “Report”a istinadən xəbər verir ki, o, bir aya yaxın idi koma vəziyyətində xəstəxanada müalicə olunurdu.

H.Azərbaycan iyunun 25-də Təbrizin “Vadi Rəhmət” dəfn ediləcək.

Qeyd edək ki, Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

H.Dəmirçi Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabın müəllifidir.

Allah rəhmət eləsin!

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar