A24 Xeber

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Azərbaycanın xarici dövlət borcu açıqlandı
937
10 Mart 2017 - 17:30

Bu ilin yanvarın 1-ə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 913,2 mln. dollar (12 mlrd. 241,3 mln. manat) təşkil edib.

Maliyyə Nazirliyindən A24.Az-a verilən məlumata görə, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20,4%-dir.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00