Azərbaycanın yeni təhsil naziri Abel Məhərrəmov olur: BDU-da təhvil-təslim başladı

Azərbaycanın yeni təhsil naziri Abel Məhərrəmov olur:  BDU-da təhvil-təslim başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Yeni Təhsil naziri kim olacaq sualı yaxın günlərdə artıq cavabını  tapacaq. 

A24.az xəbər verir ki,  Nazirlikdəki mənbə sayta bildirib ki, bu günlərdə Prezident  Təhsil naziri postuna təyinatla bağlı sərəncam verəcək.

Günün əsas sualı isə budur: Bəs, bu şəxs  kim olacaq?

Bu vəzifəyə ən şanslı namizəd sayılan BDU-nun rektoru  Abel Məhərrəmovun artıq  öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı bildirilir.

Xatırladaq ki, Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərir.

İxtisasca kimyaçı olan Abel Məhərrəmov AMEA-nın və Rusiya Elmlər akademiyasının üzvüdür. “Şöhrət” ordeni, “Əməkdar Elm xadimi” fəxri adı və digər adlarla təltif  edilən Məhərrəmov evlidir, iki övladı var.

X.V, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Hadisə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar