Azərbaycanla Gürcüstanı birləşdirəcək yeni magistral yol salınacaq

Azərbaycanla Gürcüstanı birləşdirəcək yeni magistral yol salınacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanda bir neçə yeni magistral yolun tikintisi planlaşdırılır.

“A24.az” bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili kiçik və orta biznes nümayəndələri ilə görüşdə bildirib. Baş nazir 4 il ərzində tikintisi planlaşdırılan infrastruktur layihələrindən danışıb. Onun sözlərinə görə,  Tiflis-Laqodexi yolunun tikintisi ilə Azərbaycan və Gürcüstanı birləşdirəcək yeni magistral yol istifadəyə veriləcək.

Baş nazir bildirib ki, 4 il ərzində Sarpi gömrük məntəqəsindən Qırmızı körpü və Sadaxlı istiqamətinə, eləcə də Gürcüstanın şərqlə qərbini birləşdirəcək magistral avtomobil yolunun tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, Mtsxetadan Vladikavkaz istiqamətinə də yeni avtomobil yolunun inşası nəzərdə tutulur.

Baş nazir əlavə edib ki, 4 il ərzində Gürcüstanın Kutaisi şəhərindən başlayaraq Tsaqeri və Lentexi bölgəsində tunellər salmaqla Mulaxiyədək yeni bir magistral yolun çəkilməsi də planlaşdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə, İqtisadiyyat, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar