A24 Xeber

Azərbaycanla oyundan öncə daha bir oyunçu Almaniya millisinə vida etdi – FOTOLAR

Azərbaycanla oyundan öncə daha bir oyunçu Almaniya millisinə vida etdi – FOTOLAR
567
23 Mart 2017 - 9:54

Hazırda “Galatasaray”da forma geyən futbolçu Lukas Podolski İngiltərə ilə oynanılan yoldaşlıq matçında Almaniya milli komandasına vida edib.

A24.Az xəbər verir ki, oyunda almanlar ingilisləri Podolskinin atdığı 1 qolla məğlubiyyətə uğradıb. Matça kapitan sarğısı ilə çıxan oyunçu 130 oyunluq milli komanda karyerasına son qoyub. Qarşılaşmadan öncə təşkil olunan vida tədbirində futbolçu duyğulu anlar yaşayıb. 130 matçda 48 qol vuran Podolski bir də Dünya Çempionatını qazanıb.

Matçın başladığı anlarda Qalatasaray klubu da rəsmi sosial media hesabından almanca və türkçə “səninlə qürur duyuruq” deyə bir yazı yazıb.

Dortmundda “Signal Iduna Park”da baş tutan oyunda azarkeşlər Podolski üçün qapının arxasında xüsusi xoreoqrafiya da hazırlayıblar. Onun maskasını taxan azarkeşlər futbolçunun alqış yağışına tutublar.

Qeyd edək ki, Lukas Almaniya milli komandasında ən çox qol vuran 3-cü futbolçudur.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00