A24 Xeber

Azərbaycanlı alim Oksford Universitetində mühazirə oxudu

Azərbaycanlı alim Oksford Universitetində mühazirə oxudu
678
28 Mart 2017 - 22:56

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılov Böyük Britaniyada elmi ezamiyyətdə olub.

A24.Az xəbər verir ki, V.İsmayılov Oksford Universitetində “Funksional analiz” mövzusunda keçirilən seminarda mühazirə oxuyub.

Mühazirə kompakt Hausdorf fəzasında təyin olunmuş kəsilməz funksiyalar fəzasının onun alt cəbrləri cəmi şəklində göstərilişi məsələsinə həsr edilib. Alınmış yeni nəticənin üstünlükləri, onun həndəsi təsviri ilə bağlı məqamlar malik olması izah edilib, bu istiqamətdə bəzi problemlər qeyd olunub.

Azərbaycan alimi bu problem istiqamətində funksional analiz qrupunun üzvləri ilə müzakirələr aparıb

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00