Azərbaycanlı ana Türkiyədə göz yaşı töküb yalvardı – VİDEO

Azərbaycanlı ana Türkiyədə göz yaşı töküb yalvardı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

5 uşağı ilə Azərbaycanda yaşayan Günel Şabanova yoldaşı Vüqar Şabanovla birlikdə Türkiyədə üzünü imkanlı şəxslərə tutub övladının sağalması üçün yalvarıb.

“A24.az” xəbər verir ki, 9 yaşlı Elvinə 10 ay bundan əvvəl xərçəng diaqnozu qoyulub.

Müalicə almaq üçün Ankaraya gələn ailənin hazırda maddi gücü çatmadığını üçün imkanlı şəxslərdən kömək istəyib. Ailənin xəstəxanaya 20 min lirə borcu da yaranıb. Oğlunun müalicəsi yarımçıq qalan ana övladının sağalması üçün ağlayaraq yalvarıb:

“Bir ana olaraq sizə yalvarıram, əlinizdən, ayağınızdan öpürəm. Bir insanın yaşaması, nəfəs alması üçün, ən azından neçə il yaşayacaq onu belə bilmirəm, amma sizdən asılıdır. Sizə qurban olum, mənim övladıma kömək edin. O bu dünyaya gəlmiş, yaşama haqqı var. Hər kəsə yalvarıram, ona kömək olun”.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar