A24 Xeber

Azərbaycanlı bəylə gəlin toydan imtina etdi: görün nə etdilər – FOTO

Azərbaycanlı bəylə gəlin toydan imtina etdi: görün nə etdilər – FOTO
385
27 İyun 2017 - 14:34

Təbrizdə azərbaycanlı gəlin və bəy toy üçün pul xərcləməkdən imtina ediblər.

A24.Az xəbər verir ki, “Nəsr” agentliyi təbrizli cütlüyün toy üçün nəzərdə tutduqları məbləği 400 ağac tinginə xərclədiyini bildirib. Cütlük öz toylarını bu ağacları əkməklə qeyd edib. Onlar etdikləri bu əməlin ənənəyə çevrilməsini arzu etdiklərini söyləyiblər.

“Çalışdıq ki, xərcləyəcəyimiz pulun təsiri qalıcı olsun və bir gecə ilə aradan getməsin. Toy mərasimi üçün yüksək məbləğdə pul xərcləmək həyata və xoşbəxtliyə heç bir təsir etmir. Bəzi adət-ənənəyə görə, ailələrə şamil olunan lazımsız xərclər hətta başlanğıcda ailə həyatına ziyan da vura bilər. Toy mərasimində iştirak edəcək qonaqların siyahısını hazırlayaraq xərclənəcək vəsaitin məbləğini hesabladıq. Sonra bələdiyyədən icazə alıb, onun mütəxəssisləri ilə məsləhətləşdik. Hər ağac tingini 18 min tümənə aldıq. Artıq onlardan 400-nü iyunun 25-də, qalan 400-nü isə Ağac Günündə əkəcəyik”, – deyə cütlük agentliyə açıqlamasında söyləyib. (Axar.az)

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00