Azərbaycanlı ərdən işgəncə: Uşaqlarının gözü qarşısında arvadını fahişəliyə məcbur etdi - VİDEO

Azərbaycanlı ərdən işgəncə: Uşaqlarının gözü qarşısında arvadını fahişəliyə məcbur etdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə azərbaycanlı ər keçmiş həyat yoldaşına işgəncə verərək fahişəlik etməyə məcbur edib. 

“A24.az” xəbər verir ki, Azərbaycanda orta məktəb müəllimi olan Sevinc Kərimova ərinin ona verdiyi işgəncələrdən türk mediasına danışıb və kömək istəyib.

Sevinc Kərimova reklam agenti işləyən 34 yaşlı həyat yoldaşı Elmir Əliyev tərəfindən döyüldüyü üçün 5 il bundan əvvəl boşanıb. Əliyev keçmiş həyat yoldaşını tapıb və yenidən evlənmə vəd edərək onu Antalyaya gətirib. Uşaqlarının atasına inanan Sevinc Kərimova isə yaşayacağı korxunc hadisələrdən bixəbər olub.

Belə ki, Elmir Əliyev keçmiş həyat yoldaşını evə gətirdiyi tanışları ilə uşaqlarının gözləri qarşısında fahişəliyə məcbur edib. Dəfələrlə azyaşlı uşaqların gözləri qarşısında həyat yoldaşını döyən Elmir Əliyev onu balkondan da atmağa çalışıb.

Sevinc Kərimova başına gələnlərlə bağlı Antalya və İstanbulda yerləşən Azərbaycan konsulluğuna müraciət edib, amma onlardan heç bir dəstək görməyib: “”Mənə sahib çıxın, mən də sizin vətəndaşınızam” dedim, amma mənə dedilər ki, bizim elə bir səlahiyyətimiz yoxdur və mənə sahib çıxmadılar”.

Anasının məruz qaldığı işgənclərə yaxından şahidlik edən 8 yaşlı Zeynəb isə Türkiyədən kömək istəyib: “Mənim atam çox pis insandır. O bizi bura gətirdi ki, burda siz yaxşı yaşayacaqsınız. Sizdən bir şey xahiş edə bilərəm? Mənim anama kömək edə bilərsinizmi? Atam heç vaxt kömək etmədi, ona görə də sizin köməyinizə ehtiyacımız var”.

“A24.az” Türkiyənin “beyaz” TV kanalında yayımlanan videoxəbəri təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar