A24 Xeber

Azərbaycanlı gənc Londonda Azərbaycan bayrağını belə tanıtdı – FOTOLAR

Azərbaycanlı gənc Londonda Azərbaycan bayrağını belə tanıtdı – FOTOLAR
1. 408
27 Mart 2017 - 10:27

A24.Az-ın əməkdaşı Orxan Aslanlı Londonun mərkəzində yerləşən “Trafalqar” meydanında vətənpərvərlik nümayiş etdirərək, digər bayraqlardan fərqli olaraq, adı yazılmamış Azərbaycan bayrağının aşağı hissəsindən ölkəmizin adını qeyd edib.

Əməkdaşımızın məlumatına görə, bayraqlar arasında ölkəmizin bayrağının çəkilib, adının yazılmaması onun diqqətini cəlb edib:

“Əslində digər dövlətlərlə yanaşı ölkəmizin də bayrağının “Trafalqar” meydanında çəkilməsi qürurverici idi. Bayrağın rəsmini çəkən rəssama “ölkəmizin adını niyə yazmamısız?” sualını verdim. Onun isə cavabı birmənalı oldu: “Adı bilirsənsə, yazmaq istəyirsənsə, yaz”. Bu səbəbdən mən də ölkəmizin adını qeyd etdim”.

Qeyd edək ki, Londonun mərkəzində yerləşən bu meydana rəssamlar həftənin şənbə və bazar günləri gələrək bayraq rəsmləri çəkirlər. Həmin bayraqları görən turistlər isə (şəkildə gördüyünüz kimi) öz növbəsində ölkələrini təmsil edən bayraqların üzərinə qəpik pullar qoyurlar.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00