Azərbaycanlı gənc qadının öldüyü şəlalədə daha bir ölüm – Məryəmin FOTOSU yayıldı

Azərbaycanlı gənc qadının öldüyü şəlalədə daha bir ölüm – Məryəmin FOTOSU yayıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Muğla vilayətinin Faralya rayonun Kabak Koyu turizm ərazisində istirahətə gedən 27 yaşlı azərbaycanlı gənc qızın fotosu yayılıb.

“A24.az” xəbər verir ki, foto Türkiyə mətbuatında yayımlanıb və xəbərdə  bundan əvvəl həmin qayalıqdan daha bir qadının düşərək öldüyü qeyd edilib.

Belə ki, bu ilin 18 iyun tarixində eyni yerdə oturaraq şəkil çəkdirmək istəyən 32 yaşlı 7 aylıq hamilə qadın Semra Aysal da müvazinətini itirərək qayalıqdan düşmüşdü. Qayalıqdan düşən qadının və bətnindəki övladının həyatını xilas etmək mümkün olmamışdı.

Qeyd edək ki, azərbaycanlı turist Məryəm Ömərova Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib. Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib. 2 saat əməliyyatdan sonra qadının meyti düşdüyü ərazidən götürülərək morqa aparılıb.

Azərbaycanlı turist Məryəm Ömərova
Semra Aysal

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar