A24 Xeber

Azərbaycanlı gimnast bürünc medal qazandı – Dünya Kuboku

Azərbaycanlı gimnast bürünc medal qazandı – Dünya Kuboku
656
19 Mart 2017 - 23:56

Bakıda, Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışı davam edir.

A24.az xəbər verir ki, martın 19-da – turnirin sonuncu günündə müxtəlif hərəkətlər üzrə final yarışları keçirilir.

Azərbaycanlı gimnast Marina Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

M.Nekrasova finalda 12.833 xal yığaraq ən yaxın rəqibi yunan gimnastı İoanna Suloqini 0,2 xal qabaqlayıb.

Bu növdə qızıl medalı 13.433 xalla rumıniyalı gimnast Katalina Ponor, gümüş medalı 13.400 xalla avstraliyalı gimnast Emili Littl qazanıb.

Qeyd edək ki, Bakının artıq ikinci ildir ev sahibliyi etdiyi dünya kubokunda 23 ölkədən 85 kişi və 35 qadın idmançı iştirak edir. Hazırkı Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında keçirilən yarışlarda kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçirilir.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova, təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00