A24 Xeber

Azərbaycanlı hacıları Bakıya gətirən təyyarədə GECİKMƏ

Azərbaycanlı hacıları Bakıya gətirən təyyarədə GECİKMƏ
35
01 Sentyabr 2018 - 9:58

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, təyyarə iki saat gec yola düşüb. Təyyarə saat 11:30 radələrində Bakıya enəcək.

Qeyd edək ki, hacıları Azərbaycana gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05:00-da yola çıxması nəzərdə tutulurdu.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00