A24 Xeber

Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb.

“A24.az”ın məlumatına əsasən, bu barədə “112 Ukraina” saytı xəbər yayımlayıb.

“Bu astronomik məbləği tapdıqları üçün öz ailəmə minnətdaram. Lakin yaxşı olardı ki, mən orda qalaraq günahsız olduğumu sübuta yetirərdim. Lakin indi hesab edirəm ki, hazırda KİV vasitəsilə bütün məlumatları yenidən yoxlamaq və günahsız olduğumu sübut etmək imkanlarım var”, – deyə Nəsirov bildirib.

Bu arada Nəsirov mediaya ailəsinin girov qoymaq üçün bu qədər vəsaiti haradan aldığını açıqlamayıb. Nəsirov elektron bilərziyin ona taxıldığını desə də, ancaq onu göstərməkdən imtina edib. Həmçinin o, azadlığa çıxandan sonra ölkəni tərk etməyəcəyini də qeyd edib.

Qeyd edək ki, martın 3-də azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bundan əvvəl DFX-nın binasında axtarış aparılıb.

Nəsirovun vəkilləri onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanunazidd aparıldığını iddia ediblər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.

Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb. “A24.az”ın məlumatına əsasən, bu barədə “112 Ukraina” saytı xəbər yayımlayıb. “Bu astronomik məbləği tapdıqları üçün öz ailəmə minnətdaram. Lakin yaxşı olardı ki, mən orda qalaraq günahsız olduğumu sübuta yetirərdim. […]

Ailəsi 3,7 milyon dollar ödəməklə azərbaycanlı məmuru azadlığa çıxartdı – VİDEO

761