A24 Xeber

Azərbaycanlı məşhurlar BİRLİK oldu, BOYKOT ETDİ: Türk müğənninin hörmətsizliyinə- VİDEO

Azərbaycanlı məşhurlar BİRLİK oldu, BOYKOT ETDİ: Türk müğənninin hörmətsizliyinə- VİDEO
110
23 May 2018 - 11:22

Türkiyəli müğənni Aydilgə bir neçə gün bundan əvvəl “Sarı gəlin” mahnısını erməni dilində ifa etmişdi.

A24.Az xəbər verir ki, bu hörmətsizliyə cavab olaraq azərbaycanlı sənət adamları- media əhli birlik olmaq qərarına gəlib. Birmənalı olaraq hamısı onu boykot ediblər. Roza Zərgərli məsələ ilə bağlı “Əsl türk Mehman Tağıyev kimi oxuya bilər. Deməli sən türk deyilsən! Şəhid verdik!  Torpaqlarımızı verdik! Mədəniyyətimizi və türklüyümüzü vermək niyyətimiz yoxdur. “Sarı gəlin” Azərbaycan musiqisidir.” şərhi ilə birlikdə Mehman Tağıyevin “O səs Türkiyə” dəki ifasını da əlavə edib.
İfaçı Elnarə isə bu paylaşıma daha sərt reaksiya göstərib. O : “Ermənilər bizi Xocalıda türkük deyə qətl etdilər. Zori Balayan ( Allah ona lənət etsin) bir azərbaycanlı uşağın dərisini soyarkən neçə dəqiqəyə öldüyünü hesablayıb və bunu öz kitabında 4 dəqiqəyə öldüyünü qeyd edib. Siz 1 Andronikin qulağını kəsdiniz ama onlar 1918-ci ildə 10 min günahsız, sivil həmvətənlimizi Bakıda qətl etdilər. Yenə də Nuru paşa və lalələri sağ olsun, köməyimizə çatdı. Siz 1 Andronikin qulağını kəsdiniz onlar bütün dünyada  türklər tərəfindən qətl edildiklərini yaydılar. İntiqamlarını isə daim bizdən aldılar. Bizim torpağımızı işğal etdilər. Çəhid verdik. Mədəniyyətimizi vermək niyyətimiz yoxdur. “Sarı gəlin” Azərbaycan musiqisidir. Bəli Azərbaycan türküsüdür! Ermənisi deyil. Adı üstündədir. Türkü! Buna görə də hörmətli Aydilge bir türkünü erməni dilində oxuya bilməzsən!”

etiraz edənlər arasında Şahin Cavadsoyda yer alıb. O isə: ” Sarı gəlin erməni mahnısı deyil! Bu səhvi düzəltməyi bir Azərbaycanlı olaraq sizdən tələb edirəm! Ümumiyyətlə, onların adını bizim adımızla yan – yana tutmamağı da… Onlar sizin dost, qardaş dediyiniz insanların torpaqlarını əlindən alıb, sizə bu qədər önəm verdiyimiz halda bizə bu etdiyiniz yaraşmadı!!! Ölçü götürməlisiniz, təcili!! Aygilde və onun kimilər ermənidən betərdir!!! Belələrinin çirkin niyyəti öz başlarında çatlasın.Yaşasın Azərbaycan Türkiyə dostluğu, qardaşlığ” şərhini və Aydilgənin sarı gəlini erməni dilində oxuduğu anları “insatgram” hesabından paylaşıb.

Azərbaycanlı məşhurların bu etirazına dəstək olmaq üçün mehman Tağıyev də “O Ses Türkiye”də  ifa etdiyi “sarı gəlin” mahnısını öz profilindən paylaşıb.
Qeyd edək ki, A24.Az-ın təqdim etdiyi videolar adıçəkilən simaların öz profillərindən paylaşdığı videoçarxların birlikdə məcmusudur.

Türk müğənninin Azərbaycana qarşı HÖRMƏTSİZLİYİNƏ ifaçılarımızdan sillə kimi CAVAB

Türk müğənninin Azərbaycana qarşı HÖRMƏTSİZLİYİNƏ ifaçılarımızdan sillə kimi CAVAB

Gepostet von a24.az am Mittwoch, 23. Mai 2018

X.V, A24.Az

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00