Azərbaycanlı olduğu iddia edilən Ümüd və Gülsüm ana test suallarına salındı – FOTO

Azərbaycanlı olduğu iddia edilən Ümüd və Gülsüm ana test suallarına salındı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

2008-ci ildə Antalyada baş verən avtomobil qəzasından sonra iflic olan və Gülsüm adlı qadın tərəfindən baxılan kimsəsiz gəncin həyat hekayəsiylə bağlı sual imtahana salınıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Gülsüm Kabadayının 10 il baxdığı Ümüdün həyat hekayəsi LGS imtahanlarının suallarında yer alıb.

Həmin hekayə isə Din Mədəniyyəti və Əxlaq Bilgisi mövzusunda sual olaraq qeyd edilib. Sualda Ümüdlə Gülsüm ananın hekayəsi, həmçinin ananını rus müxbirinin sualına cavabı yazılıb və tələbələrdən hansı nəticənin çıxarıldığı soruşulub.

LGS (Liseye Geçiş Sistemi) sualını şəxsi feysbuk səhifəsində paylaşan Gülsüm Kabadayı Təhsil Nazirliyinə minnətdarlığını bildirib: “1 milyon tələbənin imtahan verdiyi LGS-də verilən sualla bağlı mənə çoxlu sayda mesaj və zəng gəldi. Hər kəsə təşəkkür edirəm. Mənə bu fəxri yaşadan Təhsil Nazirliyinə təşəkkür edirəm”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar