Azərbaycanlı qadın Ərdoğana səsləndi: "Tayyib baba, nolar, sənə yalvarıram..." - VİDEO

Azərbaycanlı qadın Ərdoğana səsləndi: “Tayyib baba, nolar, sənə yalvarıram…” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Samsun bölgəsində əri tərəfindən döyülən azərbaycanlı qadın Ərdoğana səslənib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, əri haqqında həbs qərarı çıxandan sonra qadın kameralar qarşısına çıxaraq Türkiyə prezidenti Ərdoğandan kömək istəyib.

Xəbərdə deyilir ki, Azərbaycandan Samsuna gələn və əri tərəfindən döyülən Gülcənnət B. həyat yoldaşı M.D.barəsində polisə şikayət edib. Daha sonra qadın ərini bağışladığını söyləyərək etdiyi şikayətini geri götürüb. Ancaq məhkəmə M.D.-ni əfv etməyib və 4 ay həbs cəzası verib.

Özünün azərbaycanlı olduğunu və Samsunda ərindən başqa kimsəsinin olmadığını deyən Gülcennet B. “Samsunda kimsəm olmadığı üçün şikayətimi geri götürdüm. Belə bir hadisə yaşandığı üçün peşmanam. Ərimi əfv etdim və  dövlət də əfv etsin. Məhkəmənin verdiyi qərarda ərimin sabah həbs olunacağı deyilir. Ərimin tutulmasını istəmirəm. Çünki ərim astma, mən də KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi) xəsətəsiyəm. Ərim həbsə girərsə, xəstəliyindən dolayı həyatını itirə bilər. Türkiyə prezidentindən kömək gözləyirəm” deyib.

“A24.az” Türkiyə mediasında yayımlanan azərbaycanlı qadının müraciətini təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar