A24 Xeber

Bakı sakini Zaur Əhədov dağüstü parka yoldaşları ilə sağollaşmağa gəlib. O, Bakıdakı Türk şəhidləri abidəsindən Türkiyəyə doğru yürüş etmək fikrindədir. Zaur Əhədov deyir ki, ötən il 15 iyulda Türkiyədə baş vermiş çevriliş cəhdində həlak olanları xatırlatmaq və unutmamaq üçün bu cür addım atıb.

A24.Az xəbər verir ki, Bakıdan İstanbula qədər olan məsafə 2200-km dən çoxdur. Zaur Əhədov bu məsafəni qət etmək üçün həftələrlə yol getməlidir. Amma,  o bildirir ki, nəticə önəmli deyil. Gücü imkan verdiyi qədər gedəcək.

Xatırladaq ki,  ötən il iyulun 15-ində Türkiyədə FETO tərəfindən törədilən çevriliş cəhdində 249 nəfər həlak olmuşdur.

Bakı sakini Zaur Əhədov dağüstü parka yoldaşları ilə sağollaşmağa gəlib. O, Bakıdakı Türk şəhidləri abidəsindən Türkiyəyə doğru yürüş etmək fikrindədir. Zaur Əhədov deyir ki, ötən il 15 iyulda Türkiyədə baş vermiş çevriliş cəhdində həlak olanları xatırlatmaq və unutmamaq üçün bu cür addım atıb. A24.Az xəbər verir ki, Bakıdan İstanbula qədər olan məsafə 2200-km dən çoxdur. […]

Azərbaycanlı Türkiyə şəhidləri üçün Bakıdan İstanbula piyada gedəcək – VİDEO – ÖZƏL

195