Azərbaycanlı "vor zakon"a hökm oxundu - 3 il

Azərbaycanlı “vor zakon”a hökm oxundu – 3 il
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən il Moskvadakı “Naş dvor” restoranında tutulan “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyevə hökm oxunub. A24.Az-ın etibarlı mənbələrdən aldığı məlumata görə, Moskva şəhər Presnesk rayon məhkəməsi tərəfindən ona 3 il həbs cəzası verilib.

Qeyd edək ki, “vor zakon” ötən il sentyabrın 26-da Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunub.  32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb.

Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilirdi və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs cəzası gözləyirdi. Moskvanın 1905-ci il küçəsində yerləşən “Naş dvor” restoranı əsasən “vor zakon”ların məskəni kimi tanınır.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir, kriminal avtoritetlər sırasına nisbətən yeni daxil olsa da kifayət qədər tanınıb. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “vor zakon” titulu alıb, Taleh Dağlıyevə bu titulun verilməsinə “Lotu Quli” və digər nüfuzlu avtoritetlər səs veriblər.

 “Tolik Noqinski” hazırda həbsdə olan “bir nömrəli vor”, “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanındandır. O, indiyə qədər real həbs müddəti çəkməyib, hərçənd ki, ötən il Moskvada və ondan əvvəl Ukraynada saxlanılmışdı. Moskva məhkəməsi onu şərti həbslə cəzalandırıb, cəza müddəti bu ilin yazında bitib. Həmin müddət ərzində Taleh Dağlıyev Azərbaycan, Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar