Azərbaycanlı zəvvarların Həccə gedəcəkləri tarix dəyişdirildi

Azərbaycanlı zəvvarların Həccə gedəcəkləri tarix dəyişdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola düşmə tarixi dəyişdirilib.

“A24.az” xəbər verir ki, azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər.

Zəvvarların dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustun 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılmışdı.

Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar