A24 Xeber

Azərbaycanlıların olduğu gəminin axtarışlarına iki təyyarə cəlb edildi

Azərbaycanlıların olduğu gəminin axtarışlarına iki təyyarə cəlb edildi
23
31 Yanvar 2018 - 8:27

Rusiya FHN-i Yapon dənizində itən “Vostok” gəmisinin axtarışlarına daha iki təyyarə cəlb edib.

“A24.az”ın məlumatına görə, bunu “RİA-Novosti”yə nazirlikdən bildiriblər.

Be-200 təyyarələrinin axtarışlara yanvarın 31-də başlayacağı bildirilir.

Xatırladaq ki, ötən gün Be-200 təyyarəsi dəniz akvatoriyasının 2376 kvadrat kilometrini təhlil edib.

“Vostok” gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub, onlardan ikisi azərbaycanlı olub. Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00