Azərbaycanlıya güzəşt edilmədi: xərəklə məhkəməyə gətirildi - FOTO - VİDEO

Azərbaycanlıya güzəşt edilmədi: xərəklə məhkəməyə gətirildi – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclası martın 5-i saat 10:00-da davam etdiriləcək.

“A24.az” bildirir ki, APA-nın verdiyi xəbərə görə, müvafiq qərar hakim Aleksandr Borovnik tərəfindən elan edilib.

Məhkəmənin qərarı eyni zamanda vəkillərin cinayət işi ilə tanış olmaq üçün onlara vaxt verilməsinə dair vəsatətə əsaslanıb.

Korrupsiya cinayətində şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov barəsində qətimkan tədbirinin seçilməsi üçün xərəklə Kiyevin Şevçenski rayon məhkəməsinə aparılıb. Saxlanılma zamanı infarkt keçirmiş R.Nəsirova məhkəmə binasında olduğu müddətdə iki dəfə təcili yardım briqadası  çağırılıb.

Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti martın 3-də R.Nəsirovu Dövlət Fiskal Xidmətinin  rəhbəri vəzifəsindən azad edib.

Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

Qeyd edək ki, R. Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A. Onişenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar