“Azərkosmos”a sədr müavinləri təyin edildi

“Azərkosmos”a sədr müavinləri təyin edildi
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Xatırladaq ki, D. Qəhrəmanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin “Riyaziyyat-Mexanika” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında “Azərkosmos”un Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.

R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə “Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında “Azərkosmos”un sədr müavini vəzifələrində işləyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar