A24 Xeber

“Azerspace-2”nin orbitə buraxılışının vaxtı dəyişdirildi

“Azerspace-2”nin orbitə buraxılışının vaxtı dəyişdirildi
51
21 May 2018 - 18:55

Azərbaycanın ikinci geostasionar peyki “Azerspace-2/Intelsat 38″in” orbitə buraxılışının vaxtı dəyişdirilib.

Bunu “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Sultanova A24.Az-a açıqlamasında bildirib. O qeyd edib ki, mayın 25-də orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00